“İdman həftəsi” – III gün
27 fevral – 3 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində “İdman həftəsi” keçirilməsi nəzərdə tutulmuşdur. "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.
“İdman həftəsi”nin üçüncü günü “Sağlam qidalanma ilə bağlı marifləndirmə tədbirləri”, “Rəsm müsabiqəsi”, “Ən sürətli şagird” bəndlərini reallaşdırmaq məqsədilə martın 1 – də öncədən tərtib olunmuş proqram həyat keçirildi.
Uşaqalrın hərtərəfli böyüməsi, sağlam, savadlı vətəndaş kimi formalaşması üçün onların sağlam qidalanması çox vacibdir. “İdman həftəsi” layihəsi çərçivəsində “Sağlam qidalanma ilə bağlı marifləndirmə tədbirləri” istiqamtində məktəbin 6b sinfində gənc nəslin ekoloji sağlam qidadan istifadə vərdişlərinin aşılanması üçün maarifləndurici görüş təşkil olundu. Həmin sinfin rəhbəri Xuraman Yusifkənan O.Sarıvəllinin “Hər kim yüz il yaşamasa Günah onun özündədir” misralarını sitat gətirərək insanların öz sağlamlıqlarına daha çox diqqət ayırmağın yollarından, həkim Aygün İsmayılzadə keyfiyyətli təhsil, sağlam həyat tərzi üçün zərərli qidalardan çəkinməyin faydalarından danışdı. Məktəbin direktoru maarifləndirici tədbir üçün iştirakçılara təşəkkür edərək öz tövsiyyələrini bildirdi.
Şagirdlər “Sağlam və zərərli qidalar” mövzusunda hazırladıqları şəkil və videoçarxları nümayiş etdirdilər.
“Sürətli qaçış” beynin aktivləşməsini təmin etməklə yanaşı stressin öhdəsindən gəlməyə, ürək üçün fiziki gərginliyə, qan dövranın tənzimlənməsinə və yaddaşı gücləndirməyə kömək edir. “İdman həftəsi” layihəsi çərçivəsində məktəbdə açıq avada fiziki tərbiyə müəllimlərinin təşkilatçılığı ilə şagirdlər arasında “Ən sürətli yarış” keçirildi. Şagirdlər çeviklik nümayiş etdirərək sürətli qaçış yarışlarında fəal iştirak etdilər.
Məktəbin rus bölməsinin ibtidai sinif müəllimi İlhamə Şirəliyeva birincilər ilə rəsm müsabiqəsi təşkil etdi.
“İdman həftəsi” davam edir.