Fənn aylıqları – Azərbaycan dili və ədəbiyyat
Məktəbin fəaliyyət planına əsasən fevral ayında Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisi vəziyyətinin öyrənilməsi nəzərdə tutulmuşdur. Məqsəd müəllimlərin məzmun standartlarını düzgün seçib reallaşdırma vəziyyətini, məqsədin reallaşmasına xidmət edən metod və üsulların düzgün seçilməsi, təlim nəticələrinin qiymətləndirilməsi, resurslardan istifadənin məqsədəuyğunluğunu öyrənməkdir.
Fevralın 28 – də Mənsurə Alışovanın 7ç sinfində Azrbaycan dili fənnindən Aşıq Ələsgərin “Dağlar” şeiri mövzusunda keçdiyi dərsi dinlənildi.
Şagirdlərlə qrup işi, kollektiv iş formalarından, əqli hücum, müzakirə, venn diaqramı üsullarından istifadə etməklə fənn müəllimi təlim nəticələrinin, qarşıya qoyulmuş məqsədin reallaşmasına nail oldu. Formativ qiymətləndirmə müəyyənləşdirilmiş meyarlar əsasında səviyyələrə görə keçirildi.
Dərsdə iştirak edən məktəb rəhbərliyi, fənn metodbirləşmə sədri və fənn müəllimləri keçirilmiş dərsi müzakirə etdilər, müvafiq tövsiyələr verdilər.