“İdman həftəsi” – II gün
27 fevral – 3 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində “İdman həftəsi” keçirilməsi nəzərdə tutulmuşdur. "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.
“İdman həftəsi”nin ikinci günü “İdman nailiyyətləri olan idmançılarla görüş”, “İdman viktorinası”, “Olimpiya oyunları işaqların gözü ilə” bəndlərini reallaşdırmaq məqsədilə fevralın 28 – də öncədən tərtib olunmuş proqram həyat keçirildi.
“İdman nailiyyətləri olan idmançılarla görüş”də Azərbaycan Respublikasınını əməkdar bədən tərbiyəsi və idman xadimi, Azərbaycan Döyüş Federasiyaları Assosasiyasının, Azərbaycan Muay tay – Tayboks Federasiyasının İdarə heyətinin sədri, Azərbaycan Uşu Federasiyasının Prezidenti və Avropa Uşu Federasiyası İdarə heyətinin üzvü Azər Həsənsoy, Azərbaycan Muay tay Federasiyasının baş hakimi, baş məşqçi Fəxri Əliyev, məktəbin məzun idmançıları Muay tay üzrə Avropa kubokunun qalibi, 7 qat Azərbaycan çempionu, Avro asiya çempionu, I MDB oyunları və Dünya çempionatının mükafatçısı Əli Əliyev və Muay tay üzrə Avropa çempionatının gümüş medalçısı, 3 qat Azərbaycan çempionu Murad Mehrəliyev, məktəbin XI sinif şagirdi Muay tay üzrə Avropa və Dünya çempionu, 2 qat Avropa kubokunun sahibi və 7 qat Azərbaycan çempionu Xəyal Əliyevlə görüş şagirdlərdə xoş təəsüratlar yaratdı. Görüşdə məktəbin idman nailiyyətləri olan digər şagirdlər əldə etdikləri qələbələrin böyük əzmkarlıq və daim öz üzərində işləmələrinin, özünü inkişaf etdirmənin nəticəsində nail olduqlarını qeyd etdilər. İştirakçılar bu görüşdən böyük məmnunluq hissi ilə ayrıldılar.
Məktəbin idman zalında, ayrı – ayrı siniflərdə fiziki tərbiyə müəllimləri, təşkilatçı, və direktor müavinlərinin təşkilatçılığı ilə keçirilən “İdman viktorinalar”ı şagirdlərin idman haqqında olan biliklərinin yada salınmasına, təkmilləşdirilməsinə təkan verdi, cəldlik, çeviklik kimi vərdişləri altivləşdirdi, yüksək rəqabət hissi ilə yadda qaldı.
Məktəbin ibtidai sinif müəllimi Qarayeva Aygün öz şagirdləri ilə kağızdan, plastilindən idman növlərini əks etdirən maketlər hazırladılar, olimpiya oyunlarına aid şəkillər çəkdilər.
İdman həftəsi davam edir.