“İdman həftəsi” – I gün

27 fevral – 3 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində “İdman həftəsi” keçirilməsi nəzərdə tutulmuşdur. "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.

“İdman həftəsi” layihəsi çərçivəsində öncədən tərtib olunmuş proqrama müvafiq olaraq fevralın 27 – də məktəb rəhbərliyinin, fiziki tərbiyə müəllimlərinin və sinif rəhbərlərinin təşkilatçılığı ilə ayrı – ayrı siniflər üzrə məktəbin idman zalında və açıq havada müxtəlif gimnastik hərəkətlər yerinə yetirmişdir.

Gimnastik hərəkətlərlə yanaşı məktəbin I – XI sinifləri üzrə idmanın növləri haqqında şagirdlər məlumatlandırıldılar. Nümayiş olunan təqdimatlarda Azərbaycan Respublikasında akkreditasiyadan keçmiş idman növləri ilə yanaşı dünyada yeni yaranmış idman növləri şagirdlərin böyük marağına və təəccübünə səbəb oldu.

Layihənin digər istiqamətlərini həyata keçirmək məqsədilə məktəbin psixoloqları V – XI siniflər üzrə idmançı şagirdlərdə yarışa hazırlıq zamanı psixoloji hazırlığın uğurun əsas hissəsini təşkil etməsinin vacibliyini qeyd etdilər. İdmançıları bu istiqamətdə təlimatlandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi