Xocalı soyqırımı - qan yaddaşımız!

Fevralın 24 – də məktəbin tarix müəllimi Sevinc Nadirovanın təşkilatçılığı ilə “Xocalı soyqırımı – qan yaddaşımız!” adlı ümumməktəb tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və faciə qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdirildi.

Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin “Bütünlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” sözlərini xatırladan videoçarx nümayiş etdirildi. Sevinc Nadirova xüsusi olaraq vurğuladı ki, Xocalı soyqırımına hüquqi – siyasi qiyməti ilk dəfə dahi liderimiz Heydər Əliyev vermişdir.

İştirakçıların söylədikləri şeirlərdə, təqdim etdikləri “Xocalı müsibəti”, “Ana fəryadı” adlı səhnəciklərdə Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsdə baş verən ağlasığmaz işgəncələr, vəhşiliklər əks etdirildi.

Tədbirin sonunda çıxış edən məktəbin direktoru Sevinc Musayeva müharibənin bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarası olduğunu söylədi. Əsrin faciəsi olan Xocalı soyqırımının xalqımızın yaddaşında sağalmaz iz buraxdığını hər kəsin diqqətinə çatdırdı. Sevinc Musayeva bildirdi ki, faciə zamanı qədim Azərbaycan şəhəri Xocalı yerlə-yeksan edilib, uşaq, qadın, qoca bilmədən insanlar vəhşicəsinə qətlə yetirilib, itkin düşüb, əsir alınaraq olmazın əzab və işgəncələrinə məruz qalıblar. Sevinc Musayeva ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət nəticəsində işğaldan azad edilən digər bölgələrimiz kimi Xocalının da həsrətinə tezliklə son qoyulacağını, sakinlərin öz evlərinə dönəcəklərini, Xocalnın yenidən dirçələcəyini əminliklə hər kəsin diqqətinə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi