Dərslər Xocalı soyqırımının 31 – ci ildönümünə həsr edildi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 2023 – cü il 15 fevral tarixli 3 – 29/3 – 2 – 55F/2023 nömrəli əmri ilə təsdiq edilmiş “Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən ümumi təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilmiş xüsusi dərslərin təşkili nəzərdə tutulmuşdur. Tədbirlər Planında nəzərdə tutlmuş təlimata əsasən fevralın 23, 24 – də məktəbdə dərslər I – IV siniflər üzrə “Xocalı soyqırımı: xalqa qarşı zorakılıq”, V – IX siniflər üzrə “Tarixin soyqırımı zəncirində Xocalı faciəsi”, X – XI siniflər üzrə “Xocalı soyqırımı insan hüquqlarının pozulması prizmasından” mövzularını əhatə etmişdir.
Dərslərdə Azərbaycan Respublikası Dövlət Himninin səsləndirildikdən sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Müəllimlər “Əsrin faciəsi” haqqında tarixi faktları, Azərbaycan xalqının 200 il ərzində erməni millətçi – şovinistlərinin davamlı olaraq etnik təmizləmə (soyqırımı siyasətinə) məruz qalmasını, tarixi torpaqlarından qovulmasını, qaçqına, məcburi köçkünə çevrilməsini və bütün bunların kütləvi qırğınlarla müşayiət olunmasını şagirdlərin diqqətinə çatdırmışlar. Şagirdlər isə öz növbəsində Xocalı soyqırımı haqqında şeirlər səsləndirdilər, rəsmlər çəkdilər, səhnəciklər nümayiş etdirdilər.