Fənn aylıqları – Azərbaycan dili və ədəbiyyat

Məktəbin fəaliyyət planına əsasən fevral ayında Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisi vəziyyətinin öyrənilməsi nəzərdə tutulmuşdur. Məqsəd müəllimlərin məzmun standartlarını düzgün seçib reallaşdırma vəziyyətini, məqsədin reallaşmasına xidmət edən metod və üsulların düzgün seçilməsi, təlim nəticələrinin qiymətləndirilməsi, resurslardan istifadənin məqsədəuyğunluğunu öyrənməkdir.

Fevralın 20 – də Aytəkin Rzayevanın 5a sinfində Azrbaycan dili fənnindən “Memar Əcəmi”  mövzusunda keçdiyi dərsi dinlənildi.

Şagirdlər “Memar Əcəmi”,  “Möminə Xatun” türbəsi haqında geniş məlumat verdilər, hazırladıqları təqdimatları, videoçarxları və əl işlərini nümayiş etdirdilər. Qrup işi, kollektiv iş formalarından, beyin həmləsi, müzakirə üsullarından istifadə etməklə fənn müəllimi təlim nəticələrinin, qarşıya qoyulmuş məqsədin reallaşmasına nail oldu. Formativ qiymətləndirmə müəyyənləşdirilmiş meyarlar əsasında səviyyələrə görə keçirildi.

Dərsdə iştirak edən məktəb rəhbərliyi, fənn metodbirləşmə sədri və fənn müəllimləri keçirilmiş dərsi müzakirə etdilər, müvafiq rəy və təkliflər verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi