Beynəlxalq Ana Dili Günü

Dil hər bir milləti inkişaf etdirən ən mühüm vasitədir. Hər bir insan öz ana dilini mükəmməl bilməli və onu qorumalıdır. Bu məqsədlə məktəbdə “21 Fevral Beynəlxalq Ana Dili Günü”nə həsr edilmiş ədəbi – bədii tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, İncəsənət şöbəsinin şöbə müdiri İlahə Quliyeva, valideynlər və şagirdlər iştirak etdilər.  Məktəblilər doğma dilimizə olan sevgi və diqqətlərini şeir, mahnı və kompozisiyalarla təqdim etdilər.  

Məktəbin direktoru Sevinc Musayeva çıxış edərək Beynəlxalq Ana Dili Gününün tarixi, onun vacib və əhəmiyyətliliyi haqqında məlumat vedrdi. Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova bizə miras qalan doğma dilimizin saflığını qoruyan müəllim və şagird kollektivinə təşəkkürünü bildirərək məktəbin kitabxanasına kitab hədiyyə etdi.  

Tədbir məktəbin xor qrupunun hazırladığı Emin Sabitoğlunun “Şirin dil” mahnısı ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi