“Atəşgah məbədi” Dövlət Tarix – Memarlıq Quruğunda
Fevralın 19 –da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Mənsurə Alışova, Vf sinif şagirdləri, sinif rəhbəri Aygün İsrafilova və valideynlər Suraxanı rayonunda yerləşən “Atəşgah məbədi” Dövlət Tarix – Memarlıq Quruğunda ekskursiyada oldular. Ekskursiya zamanı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Mənsurə Alışova dərslik proqramına uyğun tədris olunacaq “Atəşgah” mövzusu haqqında ətraflı - əyani vəsaitlərə istinadən zəruri izahlar vermişdir.
Sonra qoruğun bələdçisi Lalə xanım XVII-XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı “Alov evi” və ya “Alov yeri” anlamı verməsi, tarixi mənbələrdə yazıldığına görə, qədim atəşpərəstlər məbədinin qalıqları üzərində, təbii qazın çıxdığı əbədi məşəlin yerində XVII-XVIII əsrlərdə inşa edilmiş bu məbəd 24 hücrə və mərkəzi səcdəgahdan ibarət olması haqqında şagirdləri məlumatlandırdığı informasiyalar hər kəs tərəfindən maraqla qarşılandı.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı. Şagirdlər bu ekskursiyadan xoş təəsüratlarla ayrıldılar.