Firudin bəy Köçərli adına Respublika Uşaq kitabxanasında

          Şagirdlərdə kitablara xüsusi maraq yaratmaq məqsədilə məktəbin 6b və 5ç sinif şagirdləri Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiyada oldular. Nağıl otağında şifahi xalq ədəbiyyatının nümunələrinə aid səsli nağıl kitabları, oxu zalları uşaqların marağına səbəb oldu.
        Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Cabir kitabxananın adını daşıdığı Firudin bəy Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi.  Şagirdlər "Ana dili” mövzusunda şeirlər və kompozisiyaları kitabxana kollektivinə təqdim etdilər. 
       Şagirdlərlə birgə ekskursiyada iştirak edən məktəbin rəhbəri Sevinc Musayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Xuraman Yusifkənan və valideynlər kitabxana rəhbərliyinə və kollektivinə isti münasibətə görə  təşəkkürlərini bildirdilər.
     Ekskursiyanın sonunda şagirdlərə kollektiv tərəfindən jurnal və kitablar hədiyyə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi