Ümumməktəb valideyn iclası

Fevral 10 – da  məktəbdə VIII, IX, X, XI siniflər üzrə valideyn iclasları keçirildi.

İclasda şagirdlərin I yarımil nəticələri, dərsə davamiyyətinə nəzarətin gücləndirilməsi, məktəbli formasının qaydasında olması, məktəbli kitabçalarının işlənmə vəziyyəti valideynlərin diqqətinə çatdırıldı, sinif rəhbərinin və fənn müəllimlərinin hesabatı dinlənildi.

İclasda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq təlimatına əsasən keçirilmiş monitorinqlərin nəticələri fənn müəllimləri tərəfindən təhlil olunaraq nəticələr valideynlərin nəzərinə çatdırıldı və müzakirələr aparıldı.

Məktəb rəhbərliyi IX, XI siniflərdə ümumi orta təhsil kursu üzrə keçiriləcək buraxılış imtahanları haqqında valideynləri maraqlandıran sualları cavablandırdı və müvafiq tövsiyələr verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi