Şəhidlərimizi tanıyaq, tanıdaq!
Yanvarın 20 – də məktəbin bir qrup müəllimi Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi, Tural Ruslan oğlu Zeynalovun ailəsinin qonağı oldu. Şəhidin həyat yoldaşı 2007 – ci ildə məktəbin məzunu olmuş Kamilə Zeynalova Tural Zeynalovun vətənpərvərliyindən, keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışdı. Şəhidin övladları Ruslan və Rza qəhrəman ataları ilə hər zaman fəxr edəcəklərini və qürur duyacaqlarını qeyd etdilər. Şəhidin ailə üzvləri diqqət və qayğıya görə 283 № - li tam orta məktəbin kollektivinə təşəkkürlərini bildirdilər.