“Unutmadıq! Unutmuruq! Unutdurmuruq!” – adlı ümmməktəb tədbiri

Yanvarın 19 – da “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən “Unutmadıq! Unutmuruq! Unutdurmuruq!” adlı ümümməktəb tədbiri keçirildi. Tədbir məktəbin tarix müəllimi Gülsüm Abdullayeva, ibtidai sinif müəllimi İlahə İbrahimovanın təşkilatçılığı ilə 6a və 2e sinif şagirdlərinin  təqdimatında oldu.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başladı və 20 Yanvar Şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdirildi. Şagirdlər qan yaddaşımıza həkk olunan və milli iradəmizin zəfər çaldığı 20 Yanvar qəhrəmanlıq gününə həsr olunan şeirlər səsləndirdilər, musiqi söylədilər, kompozisiyalar və səhnəciklər təqdim etdilər.

İştirakçılar çıxışlarında 1990-cı il yanvarın 19 – 20 – nə keçən gecə Bakıda Sovet qoşunu tərəfindən törədilmiş amansız qətliamdan danışdılar, lakin bu qətliamın qəhrəman Azərbaycan xalqının müstəqillik əzmini, milli iradəsini qıra bilməməsini xüsusilə qeyd etdilər.  2020 – ci il 44 günlük İkinci Qarabağ müharibəsində  Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Qarabağ Zəfərindən sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün Şəhidlərimizin qisasının alındığını hər kəsin diqqətinə çatdırdılar.

Sonda çıxış edən məktəb rəhbərliyi xalqımızın həyatında ən ağrılı və hüznlü, eyni zamanda böyük qəhrəmanlıq, milli özünüdərk günlərindən biri olan “20 Yanvar – Ümumxalq Hüzn Günü”nün tarixindən, Sovet İmperiyası tərəfindən Bakıda Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli qətliamın səbəblərindən danışdı. Hər kəsin diqqətinə çatdırdı ki,  Azərbaycan xalqı qədim və zəngin dövlətçilik ənənələrinə malik olan və genetik olaraq azadlığına, müstəqilliyinə bağlı mübariz xalqdır. Tarixin bütün dövrlərində müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan xalqının azadlıq ruhunu heç bir qüvvə məhv edə bilməmişdir.  

Tədbir iştirakçıların “Unutmadıq! Unutmuruq! Unutdurmuruq!” şüarını səsləndirilməsi ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi