BSQ – lərə start verildi
Məktəbin fəaliyyət planına əsasən şagird nailiyyətinin qiymətləndirilməsi məqsədilə BSQ üçün təsdiq olunmuş məktəbdaxili qrafikə müvafiq olaraq yanvarın 16 – da birinci yarım ilin Böyük Summativ Qiymətləndirmələrinin keçirilməsinə start verildi. BSQ – lər məktəbin Azərbaycan və rus bölmələri üzrə IV, V və VI sinifləri üzrə tədris dili, riyaziyyat və ingilis dili fənlərindən keçirildi. Şagirdlər onlara təqdim olunan tapşırıqları ayrılmış zaman müddətində yerinə yetirdilər.
Şagirdlərin sərbəst işi məktəb tərəfindən təmin edildi. Qiymətləndirmə bitdikdən sonra sual kitabçaları yığılıb yoxlanmaq üçün məsul şəxsə təhvil verildi.