Zərərli qidalara YOX deyək!
Yanvarın 10 – da məktəbdə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019 – 2025 – ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar məktəbin biologiya müəllimi Nəzakət Məmmədli, məktəbin tibb bacısı Yeganə Daşdəmirovanın təşkilatçılığı ilə 7b sinif şagirdləri ilə “Zərərli qidalara YOX deyək!” adlə maarifləndirici dərs keçirildi. Şagirdlər sağlam yaşamağın yollarını araşdırdılar. Onlar faydalı qidaların, düzgün gün rejiminin, gigiyenanın, daim hərəkətdə olmağın təmiz havanın sağlamlığımız üçün nə qədər vacib olduğunu müzakirə etdilər. Bu haqda müxtəlif şəkillər çəkdilər, divar qəzetləri və təqdimatlar hazırladılar.