İlin ilk günü Şəhid ailəsində
Yeni ilin ilk günündə məktəb rəhbərliyi, müəllim və şagirdlər bayram münasibətilə şəhid polkovnik -leytenant Ruslan Fuad oğlu Tağıyevin ailəsinin qonağı oldu. Ruslan Tağıyevin övladları Fuad, Polad, Nuray qonaqları hörmət və sevgi ilə qarşıladı. Şəhidin anası Lətifə Tağıyeva, həyat yoldaşı Günay Tağıyeva Ruslan Tağıyevin keçdiyi döyüş yolundan, onun uşaqlıq və gənclik illərindən, insanlara, Vətənə olan sevgisindən, ailə üzvlərinə qayğısından, ikinci Qarabağ müharibəsində göstərdiyi şücaətdən fəxrlə danışdı, xoş xatirələrini bölüşdülər. Şəhidin ailə üzvləri diqqət və qayğıya görə 283 № - li tam orta məktəbin kollektivinə təşəkkürlərini bildirdilər.