Monitorinq – VII, IX siniflər
Dekabrın 26 – da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq təlimatına əsasən məktəbin VII və IX siniflərində Monitorinq 2 təşkil olundu. Eyni monitorinq materialları həm 7 – ci siniflərə, həm də 9-cu siniflərə təqdim olundu. Monitorinqin keçirilməsində məqsəd 7 – ci siniflərin mövcud vəziyyətini, 9-cu siniflərin isə 5 – 6 – 7 – ci sinif səviyyəsində olan problemlərini müəyyənləşdirməkdən ibarət olmuşdur.
Monitorinq 2 – də məktəbin həm Azərbaycan həm də rus bölməsi üzrə şagirdlərin iştirakı tam təmin olunmuşdur. Şagirdlər müvafiq zaman müddətində təqdim olunan sualları cavablandırdılar. Şagirdlər tərəfindən işlənmiş sual kitabçaları öncədən müəyyən edilmiş məsul şəxslərə təqdim olundu.