Sınaq qiymətləndirmə
Dekabrın 16 – da məktəbin rus bölməsinin IX sinif şagirdlərinin bilik və bacarıqlarının keyfiyyət göstəricilərini müəyyənləşdirilmək məqsədi ilə ana dili, riyaziyyat və ingilis dili fənlərindən məktəbdaxili sınaq qiymətləndirilməsi aparılmışdır. Şagirdlər onlara təqdim olunan sual kitabçalarını müvafiq zaman müddətində yerinə yetirmişlər.
Şagirdlərin sərbəst işi məktəb tərəfindən təmin edildi. Qiymətləndirmə bitdikdən sonra sual kitabçaları yığılıb yoxlanmaq üçün məsul şəxsə təhvil verildi.