ZOOM – la valideyn iclası

Valideyn iclası müəllimlər və valideynlər üçün çox vacib toplantıdır. Bütün valideynləri, o cümlədən, ataların  valideyn iclasında iştirakını təmin etmək məqsədilə 6b sinfinin sinif rəhbəri Xuraman Yusifkənan ZOOM platforması üzərindən valideyn iclası təşkil etmişdir. Sinif rəhbəri valideynlərlə təlim – tərbiyə prosesinin vəziyyəti, onun inkişaf etdirilməsi yolları, məktəb valideyn əməkdaşlığı, şagirdlərin uğurları və nöqsanları haqqında müzakirələr aparmış, “şagird davranış qaydaları”  ilə valideynləri tanış etmiş, uşaqların asudə vaxtlarının valideynlərlə birgə daha səmərəli keçirilməsinin əhəmiyyətindən söhbət açmışdır. Valideynlər övladlarının təlim – tərbiyəsi üçün har zaman pedaqoqların dəstəyinə güvəndiklərini və bütün məsələlərin həllində məktəbin yanında olduqlarını əminliklə bildirdilər.

Valideyn iclasında məktəb rəhbərliyi, fənn müəllimləri və Azərbaycan Maarifçilər Assosasiyasının təsisçisi və sədri Tofiq Sadıxov iştirak etmişdir. Onlar valideynləri maraqlandıran sualları cavablandırmış və lazımi tövsiyələr vermişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi