Şahmat turniri – II yer
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə noyabrın 30 – da "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsində “1 dekabr – QİÇS - ə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş şahmat turniri keçirilmişdir. Məktəbin komandası şahmat turnirində iştirak etdilər.
Şahmat turnirinin nəticəsinə əsasən məktəbin komandası 2 – ci pillədə qərarlaşdı.
Turnirdə hakimlik vəzifəsini Ramil İmanov yerinə yetirmişdir.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev iştirak etmişdir.
Məktəbin qalib komandasını təbrik edir, uğurlarının bol olmasını arzu edirik.