“Zəfər” məktəblilərarası 1 – ci tarix olimpiadası

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 30.10.2022 – ci il tarixli F – 362 nömrəli əmrinə əsasən noyabrın 26 – da məktəbdə yuxarı sinif şagirdləri ilə “Zəfər” məktəblilərarası 1 – ci tarix olimpiadası keçirilmişdir. Olimpiadanın keçirilməsində məqsəd şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətən müharibəsində qazanılmış qələbəmizi və qəhrəman ordumuzun zəfər yolunu şagirdlərin hərtərəfli öyrənilməsinə nail olmaq, həmçinin istedadlı şagirdləri çıxarmaqdır.

Olimpiada başlamazdan öncə şagirdlər məktəbdə Şəhid adını daşıyan sinif otaqlarını ziyarət edərək, onların keçdiyi döyüş yolu, qəhrəmanlıqları haqqında informasiya mübadiləsi apardılar.

Olimpiada təlimata uyğun olaraq saat 11:00 – da başladı. Şagirdlər müvafiq zaman müddətində təqdim olunan sual kitabçalarını cavablandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi