Şuşanın 270 anı

Noyabrın 23 – də məktəbdə  “Şuşanın 270 anı” bədii – sənədli filmin təqdimatı keçirildi. Tədbirdə şəhid ailə üzvləri, Layihə rəhbəri, Xəzər televiziyasının teleaparıcısı Lalə Azərtaş, filmin redaktorları Kərəm Ələsgərov, Aytən Əhmədova, pedaqoji kollektiv, valideynlər və şagirdlər iştirak edirdilər. İlk öncə iştirakçılar məktəbin həyətində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş xatirə lövhəsini ziyarət etdilər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra 44 günlük Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

“Şuşanın 270 anı” bədii – sənədli filminin nümayişi böyük alqışlarla qarşılandı. Layihə rəhbəri Lalə Azərtaşın film haqqında verdiyi məlumatlar tədbir iştirakçılarının marağına səbəb oldu.

Şagirdlər vətənpərvərlik mövzusunda hazırladıqları şeirləri, ifa etdikləri musiqiləri tədbir iştitarçılarına təqdim etdilər. Məktəbin IXa sinif şagirdi İbrahim Alməmmədli “Dəmir Yumruq”  şeirini xüsusi qürur hissi ilə söylədi.

Tədbir məktəbin xor qrupunun və Xa sinif şagirdi Əli Eyvazovun ifasında məharətlə səsləndirdikləri “Azərbaycan” mahnısı ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi