İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu

“İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Elm və Təhsil Nazirliyinin Tədbirlər Planının icrası məqsədilə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Abbasovanın, ingilis dili müəllimi Rövşanə Musəvinin, məktəbin kitabxana müdiri Sevinc Rəhimovanın təşkilatşılığı ilə 7b sinfində “İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu” adlı dəyirmi masa keçirilmişdir.  Şagirdlər ilk öncə məktəbin kitabxanasında Sevinc Rəhimovanın “İrəvan Müəllimlər Seminariyası”nın təsis edilməsi tarixi haqqında məruzəsini dinlədilər, müvafiq kitablarla tanış oldular.

Daha sonra fənn müəllimləri Elnarə Abbasovanın, Rövşanə Musəvinin təşkilatçılığı ilə dəyirmi masada  seminariyanın yaranmasından (1881-ci il noyabrın 8), seminariyada  Azərbaycan bölməsinə rəhbərlik edən, Azərbaycan dili  fənnini və şəriət  dərslərini tədris etmiş Axund Məhəmmədbağır Hacı Molla Mehdi oğlu Qazızadə, 10 il bu seminariyada pedaqoji fəaliyyət göstərmiş (Azərbaycan dili  fənnini və şəriət  dərslərini), geniş mədəni-maarif işləri aparmış  Firidun bəy Köçərli, elm və maarifin yayılması və savadsızlığın aradan qaldırılması işində yaxından iştirak edən seminariya məzunları (Humid bəy Şahtaxtinski, Haşım bəy Nərimanbəyov, Haşım bəy Vəzirov,Tağı bəy Səfiyev, Vahid Musabəyov, Fərrux bəy Ağakişibəyov, İbadulla bəy Muğanlinski, Şamil bəy Mahmudbəyov, Cabbar Məmmədov .....) haqqında hazırladıqları təqdimat şagirdlər tərəfindən maraqla qarşılandı.

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevda Rzayeva bu təhsil ocağının mövcud olduğu 37 il ərzində öz fəaliyyəti ilə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda xalq məktəbi və təhsilin, mədəni-maarif işinin inkişafında əhəmiyyətli rol oynaması haqqında informasiyanı şagirdlərə təqdim etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi