Hüquqlarımızı müdafiə edək!

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 20 oktyabr – 20 noyabr 2020 – ci il tarixlərdə “Uşaq hüquqları aylığı” elan edilmişdir. “Uşaq hüquqları aylığı” çərçivəsində Elm və Təhsil Nazirliyi uşaqlar, valideynlər, uşaqlarla işləyən şəxslər üçün uşaq hüquqları, xüsusilə uşaqlarla rəftar, davranış qaydalarına dair hüquqi maarifləndirmə və təşviqat tədbirlərinin keçirilməsi ilə bağlı fəaliyyətlərin keçiriməsini nəzərdə tutmuşdur. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır.

Noyabrın 21 – də məktəbin informatika müəllimi Aynur Mürşüdovanın təşkilatçılığı ilə 9ç sinfində “Hüquqlarımızı müdafiə edək!” adlı dəyirmi masa keçirilmişdir. Dəyirmi masada şagirdlərə onların hüquqları, həmin hüquqların dövlət tərəfindən qanun çərçivəsində qorunması haqqında məlumat verildi.

Məktəbin tərbiyə işləri üzrı direktor müavini Sevda Rzayeva müharibə dövründə Ermənistan tərəfinin Azərbaycanın mülki yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində 10-dan çox uşaq həlak olmuş, 50-si yaralanmış, bir çox uşağın isə valideynlərini itirməsini şagirdlərin diqqətinə çatdırdı. Eyni zamanda qeyd etdi ki, uşaqlar hərbi münaqişələr zamanı heç bir halda hədəf obyektinə çevrilməməli və müharibənin fəsadlarından əziyyət çəkməməlidirlər.

Sonda şagirdlərlə hüquqlarla yanaşı onların öhdəliklərinə düşən vəzifələr haqqında da məlumat mübadiləsi aparıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi