“Uşaq hüquqları aylığı”

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) tərəfindən 20 oktyabr – 20 noyabr 2020 – ci il tarixlərdə “Uşaq hüquqları aylığı” elan edilmişdir. “Uşaq hüquqları aylığı” çərçivəsində Elm və Təhsil Nazirliyi uşaqlar, valideynlər, uşaqlarla işləyən şəxslər üçün uşaq hüquqları, xüsusilə uşaqlarla rəftar, davranış qaydalarına dair hüquqi maarifləndirmə və təşviqat tədbirlərinin keçirilməsi ilə bağlı fəaliyyətlərin keçiriməsini nəzərdə tutmuşdur. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır.

Noyabrın 15 – də məktəbin informatika müəllimi Sahilə Muradovanın təşkilatçılığı ilə 7ç sinfində “Uşaq hüquqları aylığı” çərçivəsində sinif təşkilat saatı keçirilmişdir.  Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Sahilə Muradova ölkəmizin 20 noyabr 1989-cu ildə qəbul olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmaqla öz üzərinə bir sıra öhdəliklər götürməsindən, milli qanunvericilik təkmilləşdirilməsindən, uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atılması haqqında zəruri məlumatları iştirakçıların diqqətinə çatdırmışdır. Şagirdlərin təqdim etdikləri səhnəcik, məruzə, söylədikləri şeirlər hər kəs tərəfindən maraqla qarşılandı.

Sonda çıxış edən məktəb rəhbərliyi uşaqların hər bir xalqın, dövlətin qiymətli sərvəti olduğunu, cəmiyyətin həssas üzvü olan uşaqların xüsusi müdafiəyə ehtiyac duyduğunu və bu baxımdan hər kəsin onların hüquqlarının və maraqlarının qorunmasını təmin etməli olduğunu vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi