Bayraq Gününə Zəfər coşqusu ilə

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  “8” sentyabr 2021-cu il tarixli  F-191 №-li əmrinə əsasən  “8 Noyabr Zəfər Günü” ilə bağlı məktəbdə hazırlanmış tədbirlər planına müvafiq olaraq noyabrın 5 – də məktəbin ibtidai sinif müəllimi Əsmayə Qərnayevanın təşkilatçılığı ilə 2a sinfində, məktəbin riyaziyyat müəllimi Rəna Ağamirovanın təşkilatçılığı ilə 7d sinfində   ayrı – ayrı siniflərdə “8 Noyabr Zəfər Günü”nə, “9 Noyabr Bayraq Günü”nə  həsr olunmuş tədbirlər keçirildi.  

Hər iki tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. İştirakçılar “9 Noyabr Bayraq Günü”nün tarixi haqqında əldə etdikləri informasiyaları təqdim etdilər. Qeyd etdilər ki, 2020 – ci il İkinci Qarabağ müharibəsindən sonra Bayraq Gününü Zəfər coşqusu və qürur hissi ilə qarşılayırıq. Artıq 3 rəngli Azərbaycan bayrağı işğaldan azad olan torpaqlarımızda dalğalanır.

Sonda iştirakçılar “Zəfər mahnısı”nı ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi