Zəfər Salnaməsinin Unudulmaz Qəhrəmanları

Noyabrın 4 – də məktəbin informatika müəllimi Aynur Mürşüdovanın təşkilatçılığı ilə 9ç sinfində Şəhid polkovnik – leytenant Ruslan Fuad oğlu Tağıyevın anım gününə həsr olunmuş “Zəfər Salnaməsinin Unudulmaz Qəhrəmanları” adlı dəyirmi masa keçirildi. İlk öncə şagirdlər Şəhid polkovnik – leytenant Ruslan Tağıyev adını əbədiləşdirən sinif otağının ziyarəti ilə başladı.  

Dəyirmi masada Şəhidin həyat yolu, müharibədə göstərdiyi qəhrəmanlıq, təltifləri haqqında əldə olunan informasiyalar təqdim olundu. Şagirdlərin vətənpərvərlik mövzusunda şeirləri qürurla sölədilər, hazırladıqları videçarxı nümayiş etdirdilər.

Sonda Aynur Mürşüdova Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar Azərbaycan oğullarının heç vaxt unudulmayacağını, daim xalqımızın yaddaşında əbədi qalacağını hər kəsin diqqətinə çatdırdı. Şagirdlərə “Zəfər Salnaməsinin Unudulmaz qəhrəmanlarını” tanıtmaq üçün, gələcək nəslə ötürmək üçün tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi