“Gənc ekoloqçular” dərnəyində

6 nömrəli Uşaq – Gənclər İnkişaf mərkəzinin müəllimi, məktəbin “Gənc ekoloqçular” dərnəyinin rəhbəri Lamiyə Musayevanın təşkilatçılığı ilə “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş dərslər keçirildi. Məktəbin yuxarı sinif şagirdlərindən təşkil olunan dərnəkdə şagirdlər böyük həvəslə iştirak edirlər.

Dərnək rəhbəri Lamiyə Musayeva “8 Noyabr Zəfər Günü”nün tarixi, qələbəni bizlərə bəxş edən II Qarabağ Müharibəsinin Şəhidləri haqqında şagirdlərə məlumat verdi. Şagirdlər məktəbin Şəhid adını daşıyan sinif otaqlarını, foyedə təşkil olunmuş guşələri ziyarət edərək yeni məlumatlar əldə etdilər, şeirlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi