“Zəfərin mübarək, Azərbaycan!”
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “8” sentyabr 2021-cu il tarixli F-191 №-li əmrinə əsasən “8 Noyabr Zəfər Günü” ilə bağlı məktəbdə hazırlanmış tədbirlər planına müvafiq olaraq noyabrın 3 – də “Zəfərin mübarək, Azərbaycan!” adlı ümumməktəb tədbiri keçirildi.
Tədbirdə Milli məclisin üzvü, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri – Azay Quliyev, Binəqədi Rayonu İcra Hakimiyyətinin ictimai – siyasi və humanitar şöbənin baş məsləhətçisi Amal Əsgərov, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak edirdilər. Tədbir məktəbin həyətində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş xatirə lövhəsinə gül çələnginin qoyulması ilə başladı. Daha sonra iştirakçılar XTQ kapitanı Şəhid Nurlan Hamlet oğlu Mustafayev və hava qoşunlarının kapitanı Şəhid Tural Ruslan oğlu Zeynalov adına sinif otaqlarını ziyarət etdilər. Xüsusi Təyinatlı Qüvvələrin kapitanı,Şəhid Nurlan Mustafayevin anası Rəhilə xanım Ramazanova qələmə aldığı "Ruhən şəhid ANAnın NURLANmış xatirələri" adlı kitabını qonaqlara təqdim etdi.
Tədbir məktəbin akt zalında davam etdirildi. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevinc Musayeva iştirakçıları salamladı, “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbiri açıq elan etdi. İştirakçılar “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş ədəbi – bədii kompozisiyanı, məktəbin xor qrupunun ifasında mahnıları, şeir və musiqiləri qürur hissi ilə səsləndirdilər.
İştirak edən qonaqlar tədbir iştirakçılarına təşəkkürünü bildirərək, keçirilən belə tədbirlərin gənc nəslin vətənpərvərlik tərbiyəsində xüsusi rol oynadığını qeyd etdilər.
Tədbir məktəbin 10a sinif şagirdi Əli Eyvazovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısının səsləndirilməsilə ilə başa çatdı.