Şanlı Zəfər tariximiz

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  “8” sentyabr 2021-cu il tarixli  F-191 №-li əmrinə əsasən  “8 Noyabr Zəfər Günü” ilə bağlı məktəbdə tədbirlər planı hazırlanmışdır.

Noyabrın 2 – də məktəbin ibtidai sinif müəllimi Günay Əliyevanın təşkilatçılığı ilə 2f sinfində “Şanlı Zəfər tariximiz” adlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirildikdən sonra qələbə hissini bizə yaşadan şəhidlərimizin əziz xatirəsi yad edildi. Şagirdlər vətənpərvərlik mövzusunda söylədikləri şeirləri, səsləndirdikləri musiqiləri, təqdim etdikləri səhnəcikləri xüsusi həvəs və qürurla nümayiş etdirdilər.

Tədbirin sonunda çıxış edən məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevda Rzayeva tədbir iştirakçılarına təşəkkürünü bildirdi, belə vətənpərvərlik ruhunda tədbirlərin keçirilməsini təqdirəlayiq olmasını vurğuladı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi