“Zəfər tarixi” konfransı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-146 nömrəli əmrinə və Təhsil Nazirliyinin "2021/2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə" əmrinə əsasən oktyabrın 28 – də məktəb rəhbərliyinin iştirakı ilə “Zəfər tarixi” fənnini tədris edən müəllimlər və məktəbin 9 – cu sinif şagirdlərinin birgə təşkil etdikləri konfrans keçirildi.
Konfransın I mərhələsi təlimata müvafiq olaraq məktəbin “Zəfər tarixi” fənnini tədris edən Təranə Cəfərova, Şəfiqə Tağıyevanın 9a, 9c siniflərində interaktiv dərslərin təşkili ilə başladı. Dərslərin təkilində məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, təhsilalanları Zəfər tariximiz barədə geniş şəkildə məlumatlandırmaq, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı şagirdlər arasında tanıtmaq və onların xatirəsini yad etməkdən ibarət olmuşdur.
Konfransın II mərhələsi məktəb rəhbərliyinin, “Zəfər tarixi”ni tədris edən müəllimlərin və 9 – cu sinif şagirdlərinin iştirakı ilə məktəbin akt zalında davam etdirildi. Konfrans I və II Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Konfransda “Zəfər tarixi” fənninin tədrisi edən Rəhilə Heydərli məruzə edərək Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdiyini, Ermənistanın hərbi kaputilyasiyasına nail olduğumuzu, bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin – Azərbaycanın var olduğunu sübut etdiyimizi konfrans iştirakçılarının diqqətinə çatdırdı. Məktəbin 9b sinif şagirdlərinin hazırladıqları təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılandı.
Sonda çıxış edən məktəbin direktoru Sevinc Musayeva şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə konfransların keçirilməsinin əhəmiyyətini və vacibliyini vurğuladı.