“Məktəb həyatı” mövzusunda keçirilmiş esse qaliblərinin mükafatlandırılması mərasimi

Oktyabrın 20-də Bakı şəhəri 200 nömrəli məktəb-lisey kompleksində "Məktəblinin dostu" layihəsi çərçivəsində "Məktəb həyatı" mövzusunda təşkil olunmuş esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

Tədbirdə elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Mətbuat Şurasının sədri Rəşad Məcid, uşaq yazıçısı Sevinc Nuruqızı, “Məktəblinin dostu” layihəsinin əməkdaşları, valideyn və şagirdlər iştirak ediblər.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki, “Məktəblinin dostu” layihəsi tərəfindən həyata keçirilən bu müsabiqə şagirdlərin yazı bacarıqlarının üzə çıxarılması, eyni zamanda qaliblərin hekayələrinin kitab şəklində çap olunması onların mütaliəyə, yazmağa həvəsləndirilməsi istiqamətində təqdirəlayiq təşəbbüsdür. Elm və təhsil nazirinin müşaviri qaliblərə təbriklərini çatdırıb, onlara gələcək təhsil həyatlarında böyük uğurlar arzulayıb.

Qeyd edək ki, müsabiqə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu məktəblərin VII-VIII sinif şagirdlərini əhatə edib. Esselərin mövzusu şagirdlərin məktəb həyatını, onların sinif yoldaşlarına və müəllimlərinə münasibətlərini özündə əks etdirir. Müsabiqənin keçirilməsinin məqsədi məktəblilərin bədii təxəyyüllərini üzə çıxarmaq və nitqlərini inkişaf etdirməkdir. Müsabiqənin yekununda təqdim olunan esselər müvafiq ekspertlər tərəfindən qiymətləndirilib və ən yaxşıları təşkil edilən komissiyanın rəyi ilə seçilərək kitab şəklində çap edilib. Müsabiqəyə ümumilikdə 150 esse qəbul edilib, 29 nəfərin essesi qalib seçilib.

Məktəbin 8ç sinif şagirdi Abbasov Yunis qaliblər sırasında yer alıb. Məktəbin şagirdini təbrik edir, uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi