Zərərli vərdişlərə yox deyək!
Oktyabrın 20 – də məktəbin akt zalında “Narkomaniya, Zərərli vərdişlərə, Hüquq pozmalara qarşı mübarizə” mövzusunda tədbir keçirildi. Görüşdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Baş İnspektoru, polis polkovnik – leytenantı Kəmalə Ələkbərova, həmin idarənin inspektoru, polis leytenantı Mehriban Cabbarova, Baş Polis İdarəsinin Veteranlar Şurasının sədri Emin Məmmədov iştirak etdilər.
Maarifləndirici görüşdə məktəbin X – XI sinif şagirdləri ilə Narkomaniyanın, zərərli vərdişlərin insan sağlamlığına təsiri, narkomaniyanın cəmiyyətdə yaratdığı sosial bəlalar haqqında ətraflı söhbət aparıldı. Çıxışlarda istənilən tütün məmulatlarının orqanizmdə törətdiyi böyük fəsadlardan bəhs olundu, şagirdlərə belə zərərli vərdişlərdən uzaq olmaq tövsiyə edildi.
Sonda şagirdlər maarifləndirici görüş haqqında fikir bildirdilər.