Əbədi və sarsılmaz müstəqillik

Oktyabrın 18 – də məktəbin tarix müəllimi Sevinc Nadirovanın təşkilatçılığı 8c sinfində “18 Okytabr Müstəqillik Gününün Bərpası” münasibətilə “Əbədi və sarsılmaz müstəqillik” adlı dəyirmi masa keçirildi.  Dəyirmi masa Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Fənn müəllimi 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etməsini, SSRİ-nin süqutu dövründə, yəni 18 oktyabr 1991-ci il tarixində "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmizdə Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi - müstəqil inkişaf dövrü başlanmasını iştirakçıların diqqətinə çatdırdı.  Ulu Öndərin xalqın istəyi ilə Azərbaycana qayıdışı və müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısını alması, xalqımız üçün misilsiz xidmətlər göstərməsi barədə danışan Sevinc Nadirova vurğulayıb ki, Ulu Öndər tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.

Dəyirmi masada məktəbin məzun şəhidi Rəşad Ağayevin əziz xatirəsi yad edilib.

Dəyirmi masa “18 Oktyabr Müstəqilliyin Bərpası Günü” haqqında hazırlanmış videoçarxın izlənməsi ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi