“Əziz Şuşa, sən azadsan !” – inşa müsabiqəsinin məktəb turu

              Xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilmiş Şuşa qalibiyyətinin əhəmiyyətinin təbliğini gücləndirmək və 2022-ci ilin “Şuşa İli” elan edilməsinə dair dövlət başçısının 5 yanvar 2022-ci il tarixli 3096 nömrəli Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 26.09.2022-ci il tarixli, F-562 nömrəli əmrinə əsasən Nazirliyin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə məktəbin IX-XI sinif şagirdləri arasında “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsinin məktəb turu keçirilmişdir.

Müsabiqədə IX – XI siniflər üzrə 21  şagird iştirak etmişdir. İştirak edən şagirdlərdən məktəbin 10a sinif şagirdi Quliyeva Məleykə Sədi qızı növbəti turda iştirak hüququ qazanmışdır.

Məktəbin şagirdini təbrik edir, növbəti mərhələdə uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi