Savadlı gələcəyin təminatçısı – müəllim

Oktyabrın 5-də məktəbin akt zalında rus dili və ədəbiyyat müəllimi Lyudmila Alimovanın, biologiya müəllimi Siranə Əliyevanın təşkilatçılığı ilə 5d (rus bölməsi) sinif şagirdləri müəllimləri “5 Oktyabr Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə təbrik etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Şagirdlər söylədikləri şeirlərdə, hazırladıqları təqdimatlarda, videoçarxlarda müəllim əməyini yüksək qiymətləndirdilər. Beşinçilərin təqdim etdikləri “Savadlı gələcəyin təminatçısı – müəllim...” adlı səhnəcik tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

Məktəb rəhbərliyi tədbir təşkilatçılarına və şagirdlərə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi