İlk məşğələ günü

            Oktyabrın 3 – də 5 yaşlı uşaqların ödənişsiz əsaslarla məktəbəhazırlıq qruplarına hazırlıqlarına start verildi.

2022 – 2023 – cüi tədris ilində məktəbdə Azərbaycan bölməsi üzrə üç qrupda 79 nəfər 5 yaşlıların elektron ərizələri təsdiq edilmişdir.

        Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların  ətraf mühit haqqında təsəvvürünün formalaşması, onu dərk etməyə başlaması, insanlarla ünsiyyət yaratma vərdişlərinin, bədii təfəkkürün, intellektual düşüncə tərzinin yaranması kimi  bacarıqların inkişaf etdirilməsidir.

            Məktəb rəhbərliyi İlk məşğələ günü 5 yaşlıları təbrik edərək onlara gələcək təhsil həyatında uğurlar arzuladı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi