​“Xalqımızı şərəf kürsüsünə qaldırmış qəhrəmanlıq tarixi” adlı dəyirmi masa

Sentyabrın 23 – də məktəbdə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Xalqımızı şərəf kürsüsünə qaldırmış qəhrəmanlıq tarixi” adlı dəyirmi masa keçirilmişdir.

Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Daha sonra Vətən uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdirildi.

Dəyirmi masada şagirdlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində qəhrəmanlıq tariximizin ən şanlı səhifələrini yazması haqqında topladıqları məlumatları təqdim etdilər, şeirlər söylədilər, videoçarxlar təqdim etdilər.

Sonda dəyirmi masa iştirakçıları “bu zəfər Sizin qanınızla yazıldı. Onu əbədi qoruyub saxlamaq isə bizim – hər bir azərbaycanlının şərəf borcudur” fikirlərini qürur hissi ilə səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi