Ümumməktəb valideyn iclası – 3 – 4 – cü siniflər

Sentyabrın 23 – də məktəbin akt zalında məktəb rəhbərliyi, ibtidai sinif müəllimləri və valideynlər iştirakı ilə 3 – cü və 4 – cü siniflər üzrə ümümməktəb valideyn iclası keçirildi.

İclasda tədris ilində qarşıda dutan ümumi vəzifələr, il ərzində şagirdlərlə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə aparılacaq işlər haqqında, uşaqların təlim – tərbiyəsində valideynlərin məsuliyyətinin artırılması, məktəb və ailənin vahid tələbkarlığı baxımından sinif müəllimləri və valideynlər tərəfindən təlim müvəffəqiyyətinin məktəbli kitabçalarının izlənilməsi,  şagirdlərin dərsə davamiyyəti, dərsdən qalma, dərsə gecikmə hallarının qarşısını almaq məqsədilə nizam – intizamın, məktəbli formasının nəzarət altında saxlanılması kimi məsələlər valideynlərin nəzərinə çatdırıldı və müzakirələr aparıldı.

Eyni zamanda  iclasda təhsilverənlərin peşəkarlıq səviyyələrini və peşə yararlılıqlarını yoxlamaq məqsədilə keçirilən sertifikasiyada yüksək nəticə göstərən  məktəbin ibtidai sinif müəllimləri Aygün Qarayeva, Aygün Bədəlova və Günay Əşrəfova məktəb rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi