Yüksək bal toplayan gənclərlə görüş
12 sentyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində 2021-2022-ci tədris ilinin yekunlarına və yüksək bal toplayaraq ali təhsil müəssisələrinə daxil olan gənclərlə görüşə həsr olunmuş təhsil konfransı keçirilmişdir.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdirləri və əməkdaşları, təhsil müəssisələrinin direktorları, tədris ili ərzində yüksək nailiyyətlər göstərərək tələbə adını qazanan gənclər və rayon ictimaiyyəti iştirak edirdilər.
Tədbir müstəqilliyimizin, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edildi.
Konfransda yüksək nəticə əldə edən məktəbin məzunları Səmədova Nigar Elçin qızı – 655,1 bal, Rzayeva Ləman Rafiq qızı – 650 bal təltif olunan gənclər sırasında yer alırdılar.
Sonda ali məktəblərə qəbul zamanı yüksək bal toplayaraq tələbə adını qazanmış Vətən Müharibəsi Qəhramanı, polkovnik-leytenant Anar Şükürovun oğlu Ümid Şükürlü və H.Hüseynov adına 83 saylı məktəb-liseyin məzunu Elnur İlqar oğlu Qədirli gənclər adından çıxış edərək: “Onlara yaradılan şəraitə, diqqət və qayğıya görə ölkə başçısına öz təşəkkürlərini bildirdilər. Həmçinin qeyd etdilər ki, hər il ənənəvi olaraq yüksək bal toplayan tələbələrlə rayon ictimaiyyətinin görüşü gəncləri daha da ruhlandırır. Çox xoşbəxtdik ki, buna müvəffəq ola bildik. Çalışacağıq ki, ali təhsilimizi də uğurla başa vurub respublikamızın inkişafına öz töhfəmizi verək”
Sonda gənclərə fəxri fərman və hədiyyələr təqdim edilmiş və onlarla xatirə şəkli çəkilmişdir.