1№ - li Pedaqoji Şura iclası
Sentyabrın 14 – də məktəbdə 2022 – 2023 – cü tədris ilinin 1 № - li Pedaqoji Şura iclası keçirildi. İclasda məktəb direktoru Sevinc Musayeva 2022 – 2023 – cü tədris ilinin fəaliyyət istiqamətlərini pedaqoji şura üzvlərinin diqqətinə çatdırdı. Eyni zamanda məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Svetlana Kərimova yay tədris tapşırıqlarının yerinə yetirilməsi və nəticələri haqqında, X siniflərin komplektləşməsi, yeni tədris ilində müəllimlərin dərs yükünün, dərs cədvəlinin təsdiqi, fənn metodbirləşmə rəhbərlərinin təsdiqi ilə bağlı məsələlər haqqında ətraflı məruzə etdi, və müvafiq qərarlar qəbul olundu.
Pedaqoji Şura iclasında məktəbə yeni təyinat alan təlim tərbiyə işləri üzrə direktor müavini, ibtidai sinif müəllimləri və rus bölməsi üzrə tarix müəllimi pedaqoji heyətə təqdim olundu. Yeni təyinat alan müəllimlər “Müəllim andı” içərək öhdələrinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklərinə söz verdilər.
Estoniyanın Karyera Təhsil Akademiyası və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil İnstitutunun tərəfdaşlığı ilə reallaşdırdığı “Təhsildə beynəlxalq uğur: Estoniya və Finlandiya təcrübə proqramı”nda iştirak edən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Yusifkənan Xuraman proqram çərçivəsində əldə etdiyi yenilikləri öz həmkarları ilə paylaşdı.
Sonda məktəb rəhbərliyi fənn müəllimlərini maraqlandıran sualları cavablandırdılar.