Fərqlənmə attestatları

İyulun 8- də ümumi tam orta təhsil səviyyəsi üzrə fərqlənmə attestatlarının təqdimatı oldu. Tam orta təhsil haqqında fərqlənmə attestatları  tam orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir. Qeyd olunan şərtlərə müvafiq olaraq məktəbin 5 nəfər məzununa (4 nəfər  Azərbaycan bölməsi, 1 nəfər rus bölməsi) fərqlənmə attestatları verildi.

Əziz məzunlar, hər zaman fərqlənənlərdən olasınız, təhsilin növbəti pillələrində də nailiyyətlərinizi qoruyub saxlayasınız.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi