Şuşa fiziklərin gözü ilə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2022 – ci il tarixli 124s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili” ilə bağlı Tədbirlər Planı”nın 10 – cu bəndinin, Azərbaycan Respublikası Prezidentinin 2022 – ci il “Şuşa ili” elan etməsi ilə əlaqədar, Azərbaycan Respublikasının “Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5 bəndinin icrası məqsədilə hazırlanmış Tədbirlər Planına müvafiq olaraq mayın 26 – da məktəbin fizika müəllimləri Solmaz Babayeva, Aida Həsənovanın təşkilatçılığı ilə 7c, 7ç sinif şagirdləri öz töhfələrini verdilər. Məktəbin həyətyanı sahəsində, açıq havada “Şuşa fiziklərin gözü ilə” adlı dərs məktəb rəhbərliyi tərəfindən dinlənildi.
Şagirdlər təqdim olunan məsələlərdə Şuşaya virtual səyahət edərək Şuşada, İsabulağında barometrin göstərişinə uyğun olaraq atmosfer təzyiqindəki dəyişikliyi, bu dəyişikliyə görə hündürlüyü təyin etdilər. Eyni zamanda Bakıdan Şuşaya məsafənin, avtomobilin sürətinə əsasən orta sürətin və zamanın təyini ilə bağlı tapşırıqları yerinə yetirərək Şuşa haqqında əldə etdikləri informasiyaları təqdim etdilər. Bilikləri möhkəmləndirmək məqsədilə krossvordu yerinə yetirərək nəticədə alınmış “Xarıbülbül”, “Zəfər yolu” haqqında məlumat verdilər. Fənn müəllimləri şagirdlərin yerinə yetirdikləri tapşırıqları qiymətləndirdilər.
Sonda məktəbin direktoru Sevinc Musayeva çıxış edərək şagirdlərə təşəkkürünü bildirdi.