Maarifləndirici görüş
Mayın 31 – də məktəbdə "Ailəm və məktəbim" layihəsi çərçivəsində 4 – cü sinif şagirdlərinin valideynləri üçün məktəb rəhbərliyi ilə görüş keçirildi. Görüşdə valideynlərə 10 – 12 yaş dönəmində baş verəcək psixoloji dəyişikliklər barədə, bu yaş dönəmində onların 5 – ci sinfə adaptasiya prosesi, ailədə onlarla düzgün ünsiyyət qurma texnikaları, özgüvənli şəxsiyyəti necə formalaşdırmalı, düzgün ailə tipini necə formalaşdırmalı və başqa mövzularda məlumatlandılar. Bundan başqa qarşıda olan monitorinq imtahanları ilə bağlı olan təlimat valideynlərə çatdırıldı.
Sonda valideynlər onları maraqlandıran suallara cavab tapdılar.