Əbədi müstəqillik

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2022 – ci il tarixli 124s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili” ilə bağlı Tədbirlər Planı”nın 10 – cu bəndinin, Azərbaycan Respublikası Prezidentinin 2022 – ci il “Şuşa ili” elan etməsi ilə əlaqədar, Azərbaycan Respublikasının “Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5 bəndinin icrası məqsədilə  hazırlanmış  Tədbirlər Planına müvafiq olaraq mayın 27 – də məktəbin rub bölməsinin ibtidai sinif müəllimi Günay Səfixanovanın təşkilatçılığı ilə 2e sinif şagirdləri ilə “28 May – Müstəqillik Günü”nə həsr olumuş “Əbədi müstəqillik” adlı ümumməktəb tədbiri keçirilmişdir.  

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başladı. Aparıcılar “28 May Respublika Günü”nün tarixi haqqında məlumat verdilər. Şagirdlərin təqdim etdikləri “Uzundərə”, “Xarıbülbül”, “Azərbaycan”, “Cənnətim Qarabağ” rəqsləri, “Dədə Qorqud” dastanı əsasında hazırlanmış səhnəcik, vətənpərvərlik mövzusunda söylədikləri şeirlər, ifa etdikləri musiqilər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Sonda çıxış edən məktəbin direktoru Sevinc Musayeva 28 May - Respublika Günü”nün adının dəyişdirilərək “Müstəqillik Günü” elan ediləndən sonra ilk dəfədir Azərbaycan Müstəqillik Gününü qeyd edilməsini iştirakçıların diqqətinə çatdırdı. Azərbaycan xalqının ikinci ildir ki, “28 May – Müstəqillik Günü”nü qalib xalq kimi qarşıladığını, bu əziz bayramın erməni işğalından azad edilən torpaqlarda da qeyd olunduğunu, üçrəngli bayrağımızın doğma Qarabağda – Şuşada, Ağdamda, Zəngilanda qürurla dalğalandığını söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi