Kənd Təsərrüfatı Muzeyinə ekskursiya
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2022 – ci il tarixli 124s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili” ilə bağlı Tədbirlər Planı”nın 10 – cu bəndinin, Azərbaycan Respublikası Prezidentinin 2022 – ci il “Şuşa ili” elan etməsi ilə əlaqədar, Azərbaycan Respublikasının “Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5 bəndinin icrası məqsədilə hazırlanmış Tədbirlər Planına müvafiq olaraq mayın 25 – də məktəbin “Sağlam həyat tərzi” dərnəyinin rəhbəri Nəzakət Məmmədlinin təşkilatçılığı ilə dərnək üzvləri Kənd Təsərrüfatı muzeyinə ekskursiya etdilər.
“Şüşa ili” ilə əlaqdər olaraq şagirdlər Qarabağın beşiyi olan Şuşa şəhərindən gətirilmiş nümunələrlə tanış oldular. Onlar məhşur Qarabağ atlarının eksponatları ilə, Qarabağ xalçalarının, müxtəlif ipək parçaların toxunduğu dəzgahlarla, çobanların açıq havalarda düzəltdikləri dəyələrlə, onların geyimləri ilə tanış oldular.
Dərnək rəhbəri muzeyin maraqlı eksponatlarla zəngin olması ilə yanaşı, ölkəmizdə kənd təsərrüfatının müxtəlif sahələrinin zəngin tarixindən, onların inkişaf mərhələsindən xəbər verməsini şagirdlərin diqqətinə çatdırdı. Eyni zamanda muzeyin daim yeniləşərək, respublikada kənd təsərrüfatının müasir vəziyyətini əks etdirən yeni materiallarla zənginləşməsini də vurğuladı. İşğaldan azad olunmuş torpaqlarımızda aparılan yenidənqurma işlərinin, kənd təsərrüfatında baş verən dəyişikliklər haqqında informasiyaların, nümunələrin, eksponatların da muzeyin müvafiq guşələrində yer alacağını qeyd etdi.