“Şuşa ili”nə həsr olunmuş dərslər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2022 – ci il tarixli 124s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili” ilə bağlı Tədbirlər Planı”nın 10 – cu bəndinin, Azərbaycan Respublikası Prezidentinin 2022 – ci il “Şuşa ili” elan etməsi ilə əlaqədar, Azərbaycan Respublikasının “Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5 bəndinin icrası məqsədilə  hazırlanmış  Tədbirlər Planına müvafiq olaraq mayın 25 – də məktəbin biologiya  müəllimi Xuraman Rzayevanın 7ç sinfində “Məməlilər”, riyaziyyat müəəlimi Vəsilə Şirinovanın 5b sinfində “Məlumatların təhlili”  mövzusunda dərsləri dinlənildi.

Dərslər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.  Fənn müəllimləri Azərbaycanln mədəniyyət paytaxtı olan Şuşa haqqında, Ali Baş Komandanın imzaladığı sərəncam haqqında şagirdlərə ətraflı məlumat verdilər.

Hər iki dərsdə şagirdlər onlara verilən tapşırıqları yerinə yetirərkən Şuşanın zəngin fauna və florası haqqında məlumatları toplayıb təqdim etdilər. Təqdim olunan informasiyalar şagirdlərdə  Şuşa şəhərinin zəngin abidələri, memarlıq komplekslərinin tarixi,  göz oxşayan füsunkar təbiəti haqqında məlumat formalaşdırdı.  

Sonda münasibət bildirən məktəbin təlim – tərbiyə  işləri direktor müavini Svetlana Kərimova dövlətimizin başçısı tərəfindən 2022-ci ilin “Şuşa İli” elan olunması barədə Sərəncamın imzalanmasının həm Şuşamızın, həm də bütünlükdə Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr verəcəyini hər kəsin diqqətinə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi