“Qarabağın döyünən ürəyi Şuşa” adlı dəyirmi masa
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2022 – ci il tarixli 124s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili” ilə bağlı Tədbirlər Planı”nın 10 – cu bəndinin, Azərbaycan Respublikası Prezidentinin 2022 – ci il “Şuşa ili” elan etməsi ilə əlaqədar, Azərbaycan Respublikasının “Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5 bəndinin icrası məqsədilə hazırlanmış Tədbirlər Planına müvafiq olaraq mayın 17 – də məktəbin tarix müəllimi Fəridə Ağayevanın təşkilatçılığı ilə rus bölməsinin 7d sinfində “Qarabağın döyünən ürəyi Şuşa” adlı dəyirmi masa keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan dəyirmi masa fənn müəllimi Fəridə Ağayevanın əsası XVIII əsrin ortalarında qoyulmuş Şuşa şəhərinin tarixi, yerləşdiyi coğrafi mövqeyi, təbiəti və saf havasına görə və müalicə əhəmiyyəti baxımından kurort şəhəri hesab olunması, XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşanın Qafqazın musiqi mərkəzinə çevrilməsi, şəhərdə tar, kamança, ud, nağara və digər musiqi alətləri istehsal edən yeganə Şərq Milli musiqi alətləri fabriki fəaliiyət göstərməsi haqqında söylədiyi informasiyalar ilə davam etdirildi.
Şagirdlər mövzu ilə bağlı hazırladıqları esseləri, divar qəzetlərini, videoçarxları, şeirləri böyük həvəslə təqdim etdilər.
Sonda məktəbin direktoru Sevinc Musayeva çıxış edərək işğaldan azad edilmiş və yenidən qurulması istiqamətində ilk böyük addımlar atılmış Şuşa şəhəri Böyük Qayıdışın şah əsəri olduğunu, artıq Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevrilcəyini vurğuladı.