Şuşa ili – Azərbaycan xalqının sevinc və qürur ili
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2022 – ci il tarixli 124s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili” ilə bağlı Tədbirlər Planı”nın 10 – cu bəndinin, Azərbaycan Respublikası Prezidentinin 2022 – ci il “Şuşa ili” elan etməsi ilə əlaqədar, Azərbaycan Respublikasının “Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5 bəndinin icrası məqsədilə hazırlanmış Tədbirlər Planına müvafiq olaraq mayın 13 – də məktəbin riyaziyyat müəllimi Sevda Rəhimovanın 7c sinfində “Məlumatın təqdim edilməsi. Diaqram, histoqram, qrafik” mözusunda dərsi dinlənildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Dərsdə şagirdlər – “Pənahəli Xan”, “Xan qızı Natəvan”, “İsa bulağı”, və “Gövhərağa Məscidi” adlı qruplar üzrə qruplaşdırıldılar. Hər bir qrup lideri qrupunun adı haqqında məlumat verdi. Şuşanın tarixi əhəmiyyət kəsb edən abidələri haqqında məlumatlar digər qruplar tərəfindən maraqla dinlənildi. Qruplar onlara verilən tapşırıqları rəqabət hissi ilə yerinə yetirdilər.
Fənn üəllimi Sevda Rəhimova Prezident İlham Əliyevin 2022 – ci ilin “Şuşa ili” elan etməsini ölkəmizdə milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunmasına dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğının göstərildiyinin bariz nümunəsi olduğunu hər kəsin diqqətinə çatdırdı.