Şuşanın gözəlliyinə gözəllik gətirən flora və faunası
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2022 – ci il tarixli 124s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili” ilə bağlı Tədbirlər Planı”nın 10 – cu bəndinin, Azərbaycan Respublikası Prezidentinin 2022 – ci il “Şuşa ili” elan etməsi ilə əlaqədar, Azərbaycan Respublikasının “Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5 bəndinin icrası məqsədilə hazırlanmış Tədbirlər Planına müvafiq olaraq mayın 11 – də məktəbin biologiya müəəlimi Zərnişan Rüstəmovanın 7c sinfində “ Quşların daxili və xarici quruluşu” adlı nümunəvi dərsi dinlənildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Şuşa və Şuşanın faunası haqqında videoçarx nümayiş etdirildi. Şagirdlər “İsa bulağı”, “Topxana meşəsi” və “Cıdır düzü” adlı qruplarda onlara verilən tapşırıqları böyük həvəs və maraqla yerinə yetirdilər.
Fənn müəllimi Zərnişan Rüstəmova Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Milli Ordumuzun şücaəti sayəsində ötən ilin noyabrında işğaldan azad edilən bölgələrimizdə, o cümlədən qədim Şuşada sürətlə aparılan yenidənqurma, quruculuq və bərpa işləri sırasında Şuşanın yaşıllıqları, flora və faunasının da gündəmdə olmasını şagirdlərin diqqətinə çatdırdı.